19 Dekabr 2014 10:45
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində isə bir ay əvvəl baş verən bıçaqlanma hadisəsinin üstü açılıb.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Tural Hüseynov tutulub.

Qanlı olay hadisəsi noyabrın 19-da baş verib. Tural Hüseynov şəxsi münasibətlər zəminində həmyerlisi Anar Paşayevi bıçaqlayaraq hadisə yerindən qaçmışdı.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: