Bakının Binəqədi rayonunda külli miqdarda silah-sursat tapılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Çevik Polis Alayı və Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən Azadlıq prospekti ev 188-in qarşısından 1 ədəd “Beretta” markalı tapança, 2 ədəd “RQD-5” qumbarası, 1 ədəd alışdırıcı, 2 ədəd işıqlandırıcı, 2 ədəd müxtəlif çaplı və 11 ədəd təlim patronu tapılıb.
Hacı Zeynalov