Bu gün Bakı Apelyasiya Məhkəməsində İnsan Haqları Klubunun həbsdə olan sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun apellyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Rəsul Cəfərovun ev dustaqlığına buraxılması ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin qərarından Rəsul Cəfərov apelyasiya şikayəti versə də, onun şikayəti təmin edilməyib.
Rəsul Cəfərov avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.
Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçilib.
Sonradan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən R. Cəfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham elan olunub.
Hacı Zeynalov