Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vətəndust Şaqra Həsən qızının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vətəndust Şaqra 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, vətəndaşların külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.
İstintaq zamanı Bakı şəhər sakini Vətəndust Şaqra Həsən qızının etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə paytaxt sakinlərini ayrı-ayrı dövlət orqanları və özəl şirkətlərdə müvafiq vəzifələrə təyin etdirmək adı ilə 119 min 800 manat məbləğində pullarını aldadaraq ələ keçirməklə dələduzluq etməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.
Hacı Zeynalov