21 Dekabr 2014 05:15
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada polis komissarlığına hücum edərək 3 asayiş keşikçisinə bıçaq xəsarətləri yetirən şəxs öldürülüb. Teleqraf.com-un “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, insident dekabrın 20-də Juele Tur şəhərində baş verib. Məlumata görə, cinayətkar hücum edən zaman “Allah Əkbər” şüarı səsləndirib.

Cinayətkar polis komissarlığına soxularaq qarşısına çıxan polis əməkdaşının üz nahiyəsinə bıçaq xəsarəti yetirib və daha iki polisə xəsarətlər yetirib. Hücuma məruz qalmış polis əməkdaşları xidməti silahdan istifadə edərək cinayətkarı zərərsizləşdirməyə müvəffəq olublar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər