Dekabrın 20-də axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində, mənzildə, 1947-ci il təvəllüdlü Cavadova Qalina Qriqorevnanın bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. C.Qalinanın cəsədi aidiyyəti üzrə təhvil verilib.