19 yaşlı qız 5 yaşlı əmisi oğlu Kennes Vaytı öldürdüyünə görə ittiham olunur. Hadisə Nyu Yorkda qeydə alınıb.
Tiffany Van Alstyne uşağı boğaraq öldürüb. Sonra isə meyiti nəhəng kanalizasiya xəttinə atıb. İzi yayındırmaq üçün polisə zəng vurub. Verdiyi ifadədə deyib ki, evə iki maskalı şəxs daxil oldu. Onlar məni döşəməyə sərərək, uşağı özləri ilə apardılar.
Teleqraf.com-un məlumatına görə, uşağın meyiti isə hadisə yerindən xeyli kənarda üzə çıxıb. Çümə günü səhər saatlarında tapılan meyit müayinədən keçirilib.
Albanya ərazisinin polis rəisi deyib ki, 19 yaşlı qız 911-ə zəng vurmamışdan əvvəl 5 yaşlı uşağın meyitini “zibil kimi” kanalizasiyaya atıb.
O da qeyd olunur ki, mərhumun anası Nyu Yorkda, atası isə Massaçusetsdə yaşayırmış. Uşaq isə Tiffany VanAlstyne müvəqqəti baxmaq üçün verilib.