22 Dekabr 2014 12:02
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Mərdəkan-Bilgəh yolunda qeydə alınıb. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Eldar Mehdiyev idarə etdiyi VAZ-21093 markalı avtomobillə Mingəçevir şəhər sakini, 1957-ci il təvəllüdlü Sevil Mirzəyevanı vurub.

Ağır bədən xəsarəti alan qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: