22 Dekabr 2014 12:20
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda mağazaları qarət edən dəstə üzvləri zərərsizləşdirilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakini, əvəllər məhkum olunan 1993-cü il təvəllüdlü Sərvət Zərbəliyev tutulub. O, avqustun 28-də Qobustan qəsəbəsində Bakı şəhər sakini Babalar Süleymanova məxsus mağazandan a mobil telefon və kassadan 320 manat oğurlamaqda şübhəli bilinib.

Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-istintaq tədbirləri ilə onun bir neçə nəfərlə cinayət əlaqəsinə girməsi müəyyən olunub. Sərvət Zərbəliyev qəsəbə sakinləri 1992-ci il təvəllüdlü Şəfa Əlicanlı və 1990-cı il təvəllüdlü Vüsal Mehdiyevlə birlikdə dekabrın 8-də Qobustan qəsəbəsində Samir Niftəliyevə məxsus mağazadan geyim əşyalarını talayıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Şəfa Əlicanlı və Vüsal Mehdiyev də tutularaq istintaqa təhvil verilib.

Hacı Zeynalov


Müəllif: