22 Dekabr 2014 13:02
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda 3 gün əvvəl boğazı kəsilən kişi xəstəxanada ölüb.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, qanlı olay dekabrın 19-da, saat 22 radələrində baş verib. “909 gecə” adlı kafedə baş verən kütləvi dava zamanı Ağdam rayon sakini, 1981-ci il təvəllüdlü Nurlan Ağayev xəsarət alıb. Boğaz nahiyyəsindən xəsarət alan Nurlan Ağayev Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Qubadlı rayon sakini, 1959-cu il təvəllüdlü Çərkəz Yusifov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Nurlan Ağayev üç dostu ilə birlikdə sərxoş halda Binəqədi rayonundakı “909 gecə” adlı kafedə kütləvi davanın iştirakçısı olub. Onlar kafenin inzibatçısı 1980-ci il təvəllüdlü Səməndər Rüstəmovu, musiqiçiləri və gözdən əlil sintezator ifaçısını döyüb, sintezatoru isə sındırıblar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər