Abşeron rayonunda faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Məhəmmədi qəsəbəsində qeydə alınıb. Kirayədə yaşayan Günel Salmanova dəm qazından zəhərlənərək ölüb.
Bundan əlavə, Gəncə şəhərində yaşayanlar - Lalə Məmmədova, İlahə Quliyeva, Gülşən Məmmədova, Ofeliya Məmmədova və onun qardaşı Sirac dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Hacı Zeynalov