22 Dekabr 2014 15:31
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmaqda təqsirli bilinən Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Muğdat Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu il avqustun 20-də Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. Muğdat Məmmədov 1977-ci il təvəllüdlü Ramin Məmmədovla aralarında xoşa gəlməz mübahisə düşüb. Onlar bir müddət mübahisə etdikdən Muğdat Məmmədov Ramin Məmmədovu bıçaqlayıb. Hər iki şəxs yaxın qohum olmaqla yanaşı, həm də qonşu olublar.

Muğdat Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket materialı dəqiqləşdirilib. Məhkəməyə baxış dekabr 29-a təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər