Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara şəxsiyyət vəsiqələrinin təqdim olunması münasibətilə tədbir keçirilib.
Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Penitensiar xidmətin Kadrlar idarəsinin rəisi ədliyyə polkovniki Zaur Əliyev, Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin inspektoru polis mayoru Rəşad Hacıyev və 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Faris Abdullayev tərəfindən şəxsiyyət vəsiqələrini itirmiş, köhnə nümunəli SSRİ pasportu, 9 saylı formada arayış və ya vaxtı keçmiş vəsiqələri olan məhkumlara yeni şəxsiyyət vəsiqələri təqdim edilib.
4 saylı cəzaçəkmə müəssisəsinin məhkumları şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rəhbərliyə öz minnətdarlıqlarını bildiriblər.
Hacı Zeynalov