Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotikin maddələrin Qanunsuz olaraq narkotik vasitələri dövriyyəsində təqsirli bilinən Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Rəna Abdullevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları Rəna Abdullayevanı şübhəli şəxs kimi saxlayıblar. Onun üzərində və evində aparılan axtarış zamanı külli miqdarda narkotik maddə aşkarlanaraq götürülüb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Rəna Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov