Lənkəran şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma məntəqəsində təqsirləndirilən şəxsdən narkotik vasitə götürülüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Elçin Kişiyevdən narkotik vasitə aşkar olunub. Onun polis şöbəsinin Müvəqqəti Saxlama Yerinin kamerasına baxış zamanı 35 qram heroin aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı Elçin Kişiyevin narkotik vasitəni İran İslam Respublikasından udaraq keçirməsi müəyyən edilib.
Hacı Zeynalov