23 Dekabr 2014 14:31
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə dekabrın 22-də saat 22 radələrində qeydə alınıb.

Muğan kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zibeydə Rüstəmova vurulub. Nəticədə piyada hadisə yerində ölüb. Yol qəzasını törədən sürücü hadisə yerindən qaçıb.


Hazırda Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zibeydə Rüstəmovanın ölümü ilə nəticələnən qəzanı törədən sürcünün müəyyən edilməsi üçün tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər