10 May 2014 14:49
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçuda minik avtomobili qəsəbə sakinini vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mayın 9-da saat 21 radələrində Sabunçu qəsəbəsinin ərazisində Gürcüstan vətəndaşı Ariz Əhmədov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən qəsəbə sakini Sadiq Rəhimovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada S.Rəhimov orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: