24 Dekabr 2014 12:31
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Sədrulla Əliyev və Siyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirlən şəxslərin hər biri 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilirlər. Onlar paytaxtda mənzil tikinti kooperativi yaradaraq vətəndaşların pullarını alıblar. Onlar paytaxtda hündürmərtəbli binalar tikərək satmaq adı ilə vətəndaşları aldadılar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər