24 Dekabr 2014 13:30
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər həbs edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dekabrın 23-də Yasamal rayonunun Z.Əhmədbəyov küçəsində özlərini polis əməkdaşı kimi təqdim etmiş 3 nəfər naməlum şəxs Bakı şəhər sakini Balacaxanım Qafarovaya fahişəliklə məşğul olduğunu bildirib və polisə aparacaqları ilə hədə-qorxu gələrək ondan 80 manat alıblar.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Əlihüseyn İmanov, Abdulla Fətullayev və Veysəl Şükürov tutulublar.

Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər