24 Dekabr 2014 13:34
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Teleqtraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə dekabrın 23-də Yasamal rayonunun Yunis Dağlı küçəsində qeydə alınıb. Bakı şəhər sakini Boris Jarovun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılıb.

Hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər