Bakıda külli miqdarda narkotik alverində təqsirləndirilən Bəybala Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Bəybala Ağayev 10 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, B. Ağayev ötən ilin aprel ayında Bakı şəhərində şübhəli şəxs kimi saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 2, 6 kiloqram narkotik maddə və güclü təsiredici həblər aşkarlanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci( bir qrup şəxs tərəfindən satış məqsədi ilə narkotik vasitəni əldə etmək, saxlama, 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama) və 206-cı(qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.