Bakının Suraxanı rayonunda meyit tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, meyit Bülbülə qəsəbəsi İ.Məmmədov küçəsində aşkarlanıb.
Həmin ünvanda üzərində zoraklıq əlamətləri görünməyən 45-50 yaşlı kişi meyiti tapılıb. Kriminalistik Təhqiqatlar İdarəsinin əməkdaşları tərəfindən onun Bakı şəhər sakini Mirağa Amaxanov olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov