24 Yanvar 2023 11:10
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 oktyabr 2022-ci ildə Neftçala rayon prokurorluğu tərəfindən rayon bələdiyyəsində baş vermiş qanunsuzluqlara dair cinayət işinin başlanıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirlib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında sabiq bələdiyyə sədri Rövşən Quliyev 23 yanvar 2023-cü ildə Cinayət Məcəlləsinin 179.3.2 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda mənimsəmə), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalarla bələdiyyənin büdcəsindən 3 min 236 manat dəyərində ərzaq yardımının əsassız olaraq silinməsinə, eləcə də ödəniş tapşırığı ilə ərzaq mağazasına köçürülmüş vəsaitin 8 min 600 manat məbləğində hissəsinin bələdiyyə sədri Rövşən Quliyev tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.


Müəllif: Hacı Zeynalov