27 Yanvar 2023 11:56
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü vəzifəli şəxs kimi təqdim edərək bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq etməyə cəhddə ittiham olunan Fərid Kərimlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Fərid Kərimli 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri dəyişdirilib və həbs qətimkan tədbiri seçilib.

Fərid Kərimli məhkəmə zalından həbs edilib.

İttihama görə, əvvəllər də məhkum olunmuş Fərid Kərimli Aygün Mirzəyeva 35 min və Cəmil Quliyevə qarşı isə 20 min manat məbləğində dələduzluğa cəhd edib.

Fərid Kərimliyə qarşı Cinayət Məcəlləsinin 29.178.3.2-ci (külli miqdarda dələduzluğa cəhd) maddəsi ilə ittiham olunub.


Müəllif: Hacı Zeynalov