31 Yanvar 23:56
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov həbs edilib.

Teleqraf.com xəbər verir ki, Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.

Tofiq Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib.

Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Müəllif: Teleqraf.com