Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Elnur Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İsfəndiyar Nağıyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 2-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisə ötən ilin noyabrında Şərur rayonunun Kərimbəyli kəndində baş verib.
Elnur Cəfərov arvadı Vüsalə Hüseynovanı bıçaqlayaraq öldürüb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.