25 Dekabr 2014 07:13
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda iki dostun mübahisəsi qanlı sonluqla nəticələnib. Teleqraf.com-un məlumatına görə, hadisə 1-ci mikrorayonda, Moskva prospektində qeydə alınıb.

Teleqraf.com-un məlumatına görə, Binəqədi rayon sakini 26 yaşlı Röyal Abdullayev Qobustan qəsəbə sakini 21 yaşlı Gürzad Nəbiyev və daha bir tanışı ilə prospektdə yerləşən kafelərin birində yeyib-içiblər. İçki məclisi zamanı dostlar arasında mübahisə düşüb.

G.Nəbiyev üzərində olan bıçaqla R.Abdullayevi vurub. Yaralı təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Az sonra Gürzad Nəbiyev də bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Həkimlər Gürzad Nəbiyev adını soruşanda o, özünü həkimlərə kriminal avtoritet kimi təqdim edib. Məlum olub ki, Gürzad dostunu bıçaqlayandan sonra nə etdiyini başa düşərək özünə xəsarət yetirib. Faktla əlaqədar araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər