3 Fevral 2023 16:07
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonu ərazisində ofisə basqın olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonunun Əhməd Rəcəbli küçəsində yerləşən ofislərin birində baş verib.

Fevralın 1-də, gecə saatlarında idmançı Samir Qarayev dostu ilə birlikdə ofisə daxil olaraq obyekt sahibi Allahverdiyev Musa Allahverdi oğlunu döyüb.

Musa Allahverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə hər iki şəxs - S. Qarayev və H. Məmmədzadə müəyyən olunaraq saxlanılıb.
Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin olunub.

Samir Qarayev Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevin qardaşıdır.

İstintaq davam edir.


Müəllif: Hacı Zeynalov