25 Dekabr 2014 14:44
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Baş Polis İdarəsi paytaxtda baş verən ağır yol qəzaları ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, dekabrın 24-də saat 21:00 radələrində, Buzovna-Pirşağı yolunda Pirşağı qəsəbə ərazisində Qəbələ rayon sakini 1984-cü il təvəllüdlü Elnur Kərimovun idarə etdiyi “Şevrolet” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Ağasəlim Yusifovun idarə etdiyi “Zil” markalı avtomobilin arxa hissəsindən vurub.

Avtoqəza nəticəsində E.Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsində araşdırma aparılır.

Dekabrın 24-də saat 14:45 radələrində, Hövsan-Türkan yolunda Hövsan qəsəbə ərazisində Bakı şəhər sakinləri, 1977-ci il təvəllüdlü Baba Mirzəyevin idarə etdiyi “Hova” markalı və 1989-cu il təvəllüdlü Fərhad Tağıyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Avtoqəzada F.Tağıyev ölüb, sərnişini 1955-ci il təvəllüdlü Tofiq Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilərək ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər