25 Dekabr 2014 16:10
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin i ctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Rauf Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş atası Nüsrət Hüseynovun gətirdiyi sovqata baxış keçirilib.

Keçirilən baxış zamanı Nüsrət Hüseynovun gətirdiyi plastik qabda olan gilənar mürəbbəsinin içərisindən 6 ədəd bükülüdə xalis çəkisi 0,811 qram olan narkotik vasitə - heroin, 0, 685 qram narkotik vasitə - tiryək və 0,2 qram narkotik vasitə - marixuana aşkar edilib.

Rauf Hüseynov Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: