Bakının Binəqədi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıblar.
Mənzilə baxış keçirilərkən eyvanda yıxılmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.