Bu gün Bakı Ağır Cinayətlər Məhkəməasində Qaradağ rayonunda oğurluq hadisəsi törətməkdə təqsirli bilinən Nemət Əlişovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Əliyev İlham İsmayıl oğlu Qaradağ Rayon Polis İdarəsinə müraciət edərək, evindən ona məxsus içində 7800 manat pul olan seyfin və mobil telefonun oğurlandığını bildirib.
Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbiləri nəticəsində oğurluq edən İlham Əliyevin bacısı oğlu Əlişov Nemət Mehman oğlu saxlanılıb. İlkin dinidirilmə zamanı o cinayəti bonuna alıb.
Nemət Əlişovun anası və atası boşandığından son aylar o dayısı gildə qalırmış. Ticarətlə məşğul olan dayısı pullarını seyfdə saxlayırmış. Nemət Əlişovun oğurladığı seyf Lökbatan qəsəbəsindəki binanın zirzəmisindən tapılıb.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nemət Əlişov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov