27 Fevral 2023 12:31
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənay Qəhrəmanlıya təcavüz etməkdə təqsirli bilinən xalası oğlu Əsgər Ağazadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan iclasda zrərçəkmiş tərəfin vəkili Zibeydə Sadıqovanın məktubu elan olunub.

Həmin məktubdan məlum olub ki, Zibeydə Sadıqovanın eyni vaxtda təyin olunmuş başqa bir işdə müdafiəçi qismində iştirak edir, o, hazırkı prosesin təxirə salınmasını xahiş edib. Zərərçəkmişin nümayəndəsi qismində qismində tanınan anası, yazar Zümrüd Yağmur da məhkəmədə iştirak etməyib. Hakimlər zərərçəkmiş tərəfin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsi barədə qərar qəbul edib.

Daha sonra Əsgər Ağazadənin vəkili apellyasiya şikayətinə məhkəmə istintaqı aparılması barədə vəsatət verib. Müdafiəçi zərərçəkmişin dindirilməsinin vacib olduğunu bildirib.

Məhkəmə vəsatəti təmin edib və apellyasiya şikayətlərinə qismən istintaq keçirilməsi barədə qərar qəbil edilib.

Növbəti proses martın 10-da davam edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əsgər Ağazadə 5 il müddətinə azadlıqdan mərhum edilib.

Hökmdən narazı qalan Əsgər Ağazadənin vəkili apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Zərərçəkmiş tərəfdə apellyasiya şikayəti verərək Əsgər Ağazadənin cəzasının ağırlaşdırılmasını xahiş ediblər.

İttihama görə, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.

Cinayət işinin istintaqı zamanı şahid dairəsinin müəyyən edilərək dindirilməsi, habelə zəruri ekspertizaların təyin edilməklə rəylərinin əldə olunması təmin edilib.

Keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə yekun ittiham elan edilməklə istintaq orqanının təqdimatı əsasında sonuncunun barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sənay Yağmur AXCP üzvü Fuad Qəhrəmanlının qızıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər