27 Fevral 2023 15:06
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin sabiq müstəntiqi, kapitan Nicat Acalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Aslan Kalbaliyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 13-nə təyin edilib.

İttihama görə, Nicat Acalov narkotik alverinə görə həbs olunmuş Faiq Məmmədovun ailəsindən onu azadlığa buraxdırmaq vədi ilə 25 min manat pul alıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər