27 Dekabr 2014 09:18
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları axşam saatlarında reyd keçirib. Bu dəfə reyd şəhərin Heydər Əliyev prospektində baş tutub.

Teleqraf.com-un Kəpəz TV-yə istinadan verdiyi məlumata görə, reydin keçirilməsində əsas hədəf sərxoş, sənədsiz, ksenon işıqlar, avtomobillərin texniki vəziyyətinə qanundan kənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran sürücüləri aşkarlamaq olub.

Yoxlamalar zamanı yol hərəkət qaydalarını kobud şəkildə pozan eləcə də avtomobilin konstruksiyasına dəyişiklik edən xeyli sayda sürücü aşkarlanıb.

Reydlər zamanı sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşən gənc sürücülərə də rast gəlinib. Ümumilikdə reyd zamanı 20 avtomobil cərimə meydançasına aparılıb.

Yol polisi sürücüləri nizam-intizamlı olmağa, qanunun tələblərini pozmamağa çağırır. Əks halda keçirilən reydlər zamanı bu tələbləri pozan şəxslər cəzalandırılacaq.

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının yüksək olduğu yerlərdə bu cür reydlərin ilin sonunadək, həmçinin bayram günlərində də davam etdirilməsi planlaşdırır.


Müəllif:

Oxşar xəbərlər