27 Dekabr 2014 07:23
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda qətl hadisəsi baş verib. Teleqraf.com-un məlumatına görə, hadisə ötən axşam rayonun Uzuntəpə kəndindəki “Stansiya” adlanan ərazidə qeydə alınıb.

Kənd sakini,18 yaşlı Fərhad Abbasov şəxsi münaqışə zəımnində həmkəndlisi və qonşusu olan 22 yaşlı Seymur Əliyevə üzərində gəzdirdiyi bıçaqla ağır bədən xəsarətləri yetirib. Yaralı təcili yardım maşını ilə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq yaralının həıyatını xilas etmək mümkün olmayıb.

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Fərhad Abbasov saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Qeyd edək ki, qətlə yetirilən Seymur Əliyev ailəli olub, bir övlad atası idi. Onun qatili Fərhad Abbasov isə 2015-ci ilin yanvarında hərbi xidmətə gedəcəkdi. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər