27 Dekabr 2014 20:11
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə dəm qazından zəhərlənmə olub.

Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasından Teleqraf.com-a məlumata görə, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Nəzakət İbrahimova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki N.İbrahimova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

Gəncə şəhər Təbriz küçəsində yaşayan, 1992-ci il təvəllüdlü Nuranə Qəhrəmanlı da dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, N.Qəhrəmanlı yaşadığı evin qonaq otağında olarkən qaz sobasından çıxan dəm qazından zəhərlənib.

Hər iki nəfərə tibbi yardım göstərilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir.


Müəllif:

Oxşar xəbərlər