Musavat.com Tükiyə mediasına istinadən xəbər verir ki, Sivas şəhərində çayxana sahibi 33 yaşlı İlhan Özkan, 59 yaşlı atası Nəcati Özkan ilə mübahisə edib. Mübahisə nəticəsində İ,Özkan atası tərəfindən tapança ilə vurularaq, öldürülüb.
Mübahisənin qarşısını almağa çalışan 49 yaşlı Ziya Polad isə çiynindən yaralanıb. Araşdırmalar nəticəsində məlum olub ki, İ.Özkan evə içkili halda gəlib və atası ilə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib və nəticədə ailə faciəsi yaşanıb.