"Tərtər işi" ilə bağlı həbs edilən Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun məruzəsi, Zeynal Ağayevin sədrliyi ilə baş tutan iclasa zərərçəkmişlərin say çoxluğu ilə əlaqədar Sumqayıt Məhkəmə kompleksində baxılıb.
Kompleksdə geniş zal mövcud olduğu üçün belə bir qərar verilib. İş üzrə zərərçəkmişlərin sayı 194 olsa da, prosesə onalrdan təxminə 20-si qatılıb.
Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Vüsal Ələsgərov Tərtərdə N saylı hərbi hissənin komandiri olub. Rəşid Niftəliyev isə həmin hərbi hissədə qərargah rəisi kimi çalışıb. Ramil Qarayev və Rüstəm Ələsgərov N saylı hərbi hissələrin kəşfiyyatçıları olublar.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri və zərərçəkmişlər məhkəməyə vəsatət təqdim ediblər. Hər 4 şəxsin vəkilləri prosesin qapalı keçirilməsi və təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət veriblər.
Zərərçəkmişlərdən isə bir neçə nəfər çıxış edib. Onlar təqsirləndirilən şəxslərə əlavə ittihamlar verilməsini, bundan başqa iş üzrə 4 nəfərin deyil, daha çox adamın məsuliyyətə cəlb olunmasını istəyiblər.
Zərərçəkmişlərdən Emil Orucovun vəsatəti məhkəmədə daha maraqla qarşılanıb. Hakim Zeynal Ağayev vəsatəti oxuyub.
Vəsatətdə qeyd edilib ki, Tərtər hadisələri kimi eyni əməllər Qazax, Şəmkir, Ağcabədi və Beyləqanda da tərədilib. Orada da hərbçilərə işgəncələr verilib. Bu işdə təqsiri olan şəxslərin siyahısı çoxdur.
Vəsatətdə general mayorlar Hikmət Həsənov və Mais Bərxudarovun məhkəməyə çağırılması, dindirilməsi və üzləşdirilməsi tələb edilib.
Qeyd olunub ki, Tərtər hadisələri baş verən ərəfədə Mais Bərxudarovun harada olması ilə bağlı telefon siqnalları vasitəsilə yoxlama aparılsın.
Digər zərərçəkmiş Niyaməddin İbadov isə vəsatətlərə münasibət bildirərkən istintaqın yarımçıq aparıldığını deyib: “Korpus komandiri (Hikmət Həsənovu nəzərdə tutulur - red.) niyə məsuliyyətə cəlb olunmur? Bu məhkəmə məni qane etmir. Təqsirləndirilən şəxslər arasında daha çox adam olmalıdır. Bu iş bütün ölkənin diqqətindədir. Proses açıq keçirilməlidir”.
Dövlət ittihamçısı Orxan Səmədov vəsatətlərə münasibət bildirib. Qeyd edib ki, məhkəmənin qapalı keçirilməsi və müttəhimlərin ev dustaqlığına buraxılması üçün hüquqi əsaslar yoxdur. O, ittihamların ağırlaşdırılması və yeni şəxslərin məsuliyyətə cəlb olunmaları ilə bağlı vəstətləri isə məhkəmənin gedişində müzakirə etməyi məqbul sayıb.
Prokuror qeyd edib ki, hazırda Baş Prokurorluq tərəfindən “Tərtər işi” üzr istintaq hələ davam edir: “İş üzrə cinayət törətməsinə dair əsaslı şübhələr yaranarsa, yeni şəxslər məhkəmədə məsuliyyətə cəlb oluna bilər".
O, gedişatın zərərçəkmişlərin ifadələrindən asılı olacağını qeyd edib.
Hakimlər müaşvirəyə yollanıb. Müşavirə zamanı zərərçəkmişlər 4 müttəhimlə söhbət etməyə çalışıb. Onlar məhkəmə zalında Hikmət Həsənov məsuliyyətə cəlb olunacağı təqdirdə onları bağışlayacaqlarını bildiriblər.
Müşavirədən sonra qərar elan olunub. Hakimlər prosesin qapalı keçirilməsi və tutulan şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin etməyiblər. Digər vəstətlər isə baxılmamış saxlanılıb.
Məhkəmə baxışı martın 28-ə təyin olunub.
Qeyd edək ki, Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham verilib.
Bu cinayət işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.
Cinayət işi üzrə Qadir Cəfərov, Mehman Hüseynov, Bəhruz Novruzov, Vaqif Məmmədov, Elsevər Məmmədov, Abbas Axundov, Tehran Aslanov, Atabəy Rəhimov, İlqar Əliyev, İlkin Əliyev, Nizami Beydiyev, Şəhriyar Ağayev, Faiq Əhmədov, Sənan Dabaxanov, Kənan Zabitzadə, Ümid Yusifov, Məmməd İsmayılov, Şahin İsayev, Müşfiq Məmmədov, Orxan Xudiyev, Elşad Xudabaxşıyev, Emin Adilzadə, Vasif Sadıqov, Azər Qənbərov, Anar Allahverdiyev, Etibar Əhmədov, Müşfiq Əhmədli, Zəfər Adıgözəlli, Tələt Xankişizadə, Eşqin Xaliqli, Muğan Verdiyev, Nurlan Səfərov, Nurlan Cəbrayəlzadə, Sultan Zeydullayev, Asim Süleymanov, Siyasət Seyidov, Sərvər Qəhrəmanov, Tural Məmmədov, Raul Məmmədov, Aqil Kərimov, Elmar AllahverdiyevŞ Mirdadaş Əliyev, Mahir Əliyev, Hüseyn Əsədov, İsabala Məmmədov, Süıeyman Kazımov, Əsəd Mancanov, Rəhim Kərimov, Arzu Orucov, Elxan Ağazadə, Baxış Xəlilov, Toğrul Telmanlı, Rəşid Sultanlı, Babək Baxşalıyev, Təmkin Quliyev, Emil Cəfərov, Əli Qarayev, Nemət Məhərrəmov, Pünhan Əliyev, Bəhlul Məmmədağazadə, Ruslan Mahsumov, İbrahim Alkişiyev, Vasif Ağayev, Elçin Quliyev, Emin Məmmədli, Zamir Şəmilov, Zamiq Səfərov, Qalib Rzayev, Səfəralı Nəbiyev, Mahir Musayev, Seymur Mönsümov, Nuravi Kərimov, Müğəddim Kərimiv, İlkin Gülmalıyev, Ruslan Fərzəliyev, İzzət Cəfərov, Hüseyn Cavadov, Elvin Xəlilov, Vasif Tofiqzadə, Rəsul Qasıməliyev, Səxavət Kərimov, Nəciməddin Kərimov, Kərim Yasərli, Bəşir Məmmədov, Elvin Məmmədli, Niyaməddin İbadov, Şəhriyar Hüseynov, Səid Hüseynli, Seymur Hidayətov, Yusif Əsədov, Arif Şəmmədov, Həsən Səfərov, Anar Sadıqov, Məftun İbrahimov, Elnur Hacıyev, Xəyal Xəlilov, Rəşad Xəlilov, Fəyaz Rzayev, Qorxmaz Qasımov, Məcid Qasımov, Elməddin Məmmədov, Rusif Allahverdiyev, Ramil Ağayev, Elvin İsgəndərov, Ramin İsayev, Nicat İbrahimov, Anar Barxalov, Təbriz Babazadə, Tural Babayev, Niyaz Yaqubov, Mütəllim Şərifov, Cəsur Qurbanov, Əbil Məmmədli, İslam Kazımzadə, Vüsal İbrahimov, Turan İbrahimli, Siyasət Əmirli, Turan Əliyev, Altun Əliyev, Boris Cəfərov, Babək Sultanov, Elmin Yaqubov, Təcəb Teymurov, Qaytaran Tağıyev, Ağa Şahpələngov, Elvin Rəfiyev, Mərhəmət Rəcəbli, Ələddin Rəcəbli, Əlizaman Quliyev, Pərviz Pirməmmədov, Rüfət Orucov, Şəmsi İsgəndərzadə, İbrahim İbadlı, Saleh Zərbalıyev, Ramil Həsənov, Rəvan Həmidov, Zeynalabdul Hacıyev, Şahmar Fərzəliyev, Elnur Fərzəliyev, Mirələm Əsgərov, Rəfail Emçiyev, Nasif Əliyev, Elçin Ağayev, Bəhruz Xıdırov, Rauf Vəlibəyov, Ziya Qurbanov, Səddam Quliyev, Sənan Qarayev, Nurlan Məstəliyev, Şahin Məmmədli, Mubil Muradxanov, Rəşad Xəlilov, Afər Xanməmmədov, Zamin Yusifov, Rauf Orucov, Emil Orucov, Vüsal Paşayev, Bəhruz Zeynalov, Namiq Rüstəmov, Elman Məmmədov, Möhübbət İsayev, Elgün Mustafayev, Taleh Məhərrəmov, Samir Mehdiyev, Bəhmən Məcidov, Tahir Mahmudov, Orxan Xosrovov, Yusif Xəlilov, Nihad Quliyev, Saleh Qafarov, Fərahim Əliyev, Səxavət Əliverdiyev, İsrafil Ələkbərzadə, İlkin Ələkbərov, Orxan Əfqanlı, Nizam Cəfərov, Nihad Həsənov, Nəriman Allahverdizadə, Adoğlan Ağayev, Şəhriyar Zeynalov, Dursun Əlili, Camal Əhmədli, Aydın Ağabalayev, Vüsal Abdullayev, Vaqif Abdullayev, Nicat Abbasov, Babək Əliyev, Ruslan Məmmədov, Orxan Mehtizadə, Fərzəli Cahangirov, Nəzər Bilalov, Xəqani Bayramov zərərçəkmiş qismində tanınıblar.