Hacıqabul rayonunda ağır yol nəqliyyat hadisəsi törədən sürücü həbs edilib.
Bu barədə Teleqraf.com-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də Hacıqabul rayonu ərazisində Zibeydə Rüstəmovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş sürücü müəyyən edilib.
Həmin gün Zibeydə Rüstəmova “KamAZ” markalı avtomobilin altında qalaraq ölüb. Sürücü hadisə yerindən qaçsa da, məsuliyyətdən yaxa qurtara bilməyib. Avtomobilin sürücüsü Natiq Hüseynov dünən saxlanılıb.
Qeyd edək ki, hadisə dekabrın 22-də saat 22 radələrində qeydə alınıb. Muğan kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Zibeydə Rüstəmova vurulub. Nəticədə piyada hadisə yerində ölüb. Yol qəzasını törədən sürücü hadisə yerindən qaçıb.
Hacı Zeynalov