15 Mart 2023 16:05
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynalov və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə baxacaq hakimin adı məlum olub.

Teleqraf.com xəbər verir ki, iş araşdırılması üçün Əli Məmmədovun icraatına verilib

Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynalovun ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Əvəz Zeynalov və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə yekun ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər