29 Dekabr 2014 12:01
1 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatlarında Sosial Hüquqların Monitorinq Qrupunun rəhbəri Azad İskəndərlinin idarə etdiyi avtomobil "Vincester" markalı silahdan atəşə tutulub.

Bu barədə Teleqraf.com-a yuxarıda adı çəkilən QHT-dən məlumat daxil olub. Məlumatda qeyd olunur ki, hadisə Bakı şəhərində , Babək prospektində yerləşən "Sərin" şadlıq sarayının önündə baş verib. A.İskəndərli toy mərasimindən çıxarkən hərəkətdə olan "BMV" markalı avtomobildən onun olduğu avtomobilə iki dəfə atəş açılıb. QHT rəhbəri özünü güllələrdən qoruya bilsə də, avtomobilinə ziyan dəyib.

A.İskəndərli faktla bağlı polisə şikəyət edəcəyini deyib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər