Daxili İşlər Nazirliyi Abşeronda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, dekabrın 27-də saat 09 radələrində Abşeron rayonunun Fatmayı kəndindəki evlərdən birində qeydə alınıb. Fərasət Kərimova məxsus 3 mərtəbəli evdə təbii qazın sızmasından partlayış baş verib.
Nəticədə ev yararsız vəziyyətə düşmüş, xəsarət almış Fərasət Kərovun arvadı Sədaqət, oğlanları Məhərrəm, Ugur, gəlini Aytəkin və nəvəsi Məhəmməd xəstəxanaya yerləşdiriliblər. S.Kərimovaya, A.Kərimovaya və Məhəmmədə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov