Sabirabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Qaratəpə kəndində qeydə alınıb. Kənd sakini Rəşad Şükürov idarə etdiyi “Moskviç” markalı avtomobili su kanalına aşırıb. Onun sərnişini - qızı Samirə hadisə yerində ölüb.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov