29 Dekabr 2014 14:34
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonunun M.Müşfiq küçəsində yerləşən kafenin qapısının qıfılını açmağa cəhd göstərmiş Ağsu rayon sakini Əlisahib Bədəlov və Yevlax rayon sakini Kamil Bakirov Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, onların barəsində tədbir görülməsi üçün 26-cı polis bölməsinə təhvil veriliblər.

“Şərq” filialında quraşdırılmış videokameralara baxış zamanı Əlisahib Bədəlovun və Kamal Bakirovun “Muğanbank” ASC-nin “Şərq” filialının giriş qapısının kilidini açmağa cəhd göstərənlər olması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər