Bakı sakinlərinə qarşı cibgirlik edən Ağdam rayon sakini saxlaılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarına daxil olan məlumatlar əsasında əməliyyat tədbiri keçirib. Nəticədə Bakı şəhər sakinləri S.Quliyevin və Ş.Əmrahovanın mobil telefonlarını, R.Ağayevin isə içərisində sənədləri, bank kartları olan pul qabısını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş H.Mehtiyev saxlanılıb.