Gəncədə 20 yaşlı qadın intihar edib.
Teleqraf.com "gencexeber.az" saytına istinadla xəbər verir ki, Gəncə Dövlət Universitetinin Alman dili fakültəsinin III kurs tələbəsi Kübra Həsənova intihar edib.
O, yaşadığı evin həyətində özünü asıb.
Saytın məlumatına görə, intihara səbəb kimi, qızın bir müddət öncə atasını itirməsi göstərilir.
"1 yanvar tarixində Kübranın atası – İctimai Təhlükəsizlik Bölməsinin sabiq rəisi Famil Həsənov qəflətən vəfat edib. Bundan sonra gənc qız hadisənin təsiri altından çıxa bilməyib. Kübranın intihar etdiyi tarix atasının doğum günü olub" deyə məlumatda qeyd olunur.
Mərhum psixoloji problemlərdən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.