5 Aprel 2023 11:30
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi polkovnik Səlim Məmmədovun cinayət işi üzrə əmlaklarının xüsusi müsadirədən azad olunması ilə əlaqədar qərardan verilən protestlə bağlı məhkəmənin vaxtı məlum olub.

Teleqraf.com xəbər verir ki, protest üzrə Ali Məhkəmədə ilkin baxış iclası aprelin 11-nə təyin edilib.

Prosesə hakim Rəşad Abdulov sədrlik edəcək.

Qeyd edək ki, ötən ilin sonlarında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarov və Səlim Məmmədovun əmlaklarının xüsusi müsadirədən azad olunması bağlı qərar qəbul edib.

Qərara əsasən, Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı dövlət nəfinə alınmış 30 milyonluq əmlaklar xüsusi müsadirədən azad olunub.

Baş Prokurorluq isə Akif Çovdarov və Səlim Məmmədun müsadirə olunmuş əmlaklarının geri qaytarılması barədə qərardan kassasiya protesti verib.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər