Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 29-da imzaladığı əfv haqqında sərəncamının icrası başa çatıb.
Teleqraf.com xəbər verir ki, əfv sərəncamı əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bütün şəxslər azadlığa buraxılıb.
Qeyd edək ki, əfv sərəncamı "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, "P.S Nota" qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, "NİDA" vətəndaş hərəkatının idarə heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədliyə də şamil olunub.
Sərəncam ümumilikdə 86 nəfər Azərbaycan vətəndaşı və 1 nəfər Türkiyə vətəndaşına şamil olunub. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 79 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 5 nəfər isə cərimə cəzasından azad edilib.
Hacı Zeynalov
Foto: Ruslan Allahverdiyev