30 Dekabr 2014 16:25
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə dekabrın 29-da, saat 09 radələrində Gərgər kəndində qeydə alınıb. 7 yaşlı Eltac Əliyev dayısı - kənd sakini Şahin Əsgərova məxsus “VAZ-2106” markalı avtomobili idarə edərkən onu aşırıb. 7 yaşlı uşaq hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: